“Böyük Britaniya öz ərazisində ABŞ-ın nüvə raketlərini yerləşdirməyə hazırdır”.
Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bunu Britaniyanın xarici işlər naziri Filip Hammond bildirib. Onun sözlərinə görə, bu addım Rusiya ilə münasibətlərin gərginləşməsi fonunda reallaşacaq.
Nazir deyib ki, Britaniya Rusiyanın hərbi fəallığının artması ilə bağlı Vladimir Putinə aydın mesajlar göndərməlidir. O qeyd edib ki, hərbi fəallığın artmasına Kalininqradda raketlərin quraşdırılması da daxildir.
Samir