Moskvada iki qanuni oğru həbs olunub.
Publika.az “Praym Kraym” agentliyinə istinadən xəbər verir ki, hər iki “vor zakon” barəsində narkotik vasitələrin saxlanması maddəsi ilə cinayət işi qaldırılıb.
Saxlanılanlar 41 yaşlı Teymuraz Faroyan (ləqəbi Teko Tbiliskiy) və 40 yaşlı Marat Pançulayadır (ləqəbi Marat Suxumskiy). Cinayət aləmində həm Teko, həm də Marat “işçi oğru” (“raboçiy vor”) kimi tanınırlar. Bu o deməkdir ki, onlar heç bir qruplaşmaya rəhbərlik etmir, oğurluğa şəxsən özləri gedirlər.