10 İyun 2015 11:51
722
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriyanın paytaxtı Vyanada yüzlərlə vətəndaş Daxili İşlər Nazirliyi qarşısında hökumətin miqrant siyasətinə qarşı etiraz nümayişi keçiriblər.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, nümayişçilər üzərində “Miqrantların yerləşdirilməsi onların haqqıdır” şüarı yazılmış plakatlar qaldırıblar. Etirazçılar Daxili İşlər naziri Cohanna Mikl Leitneri hərəkətə keçməyə çağırıblar. Nümayiş iştirakçılarının fikrincə, ölkədə boş binalar varkən miqrantların çadırlarda saxlanılması qəbuledilməzdir.

Qeyd edək ki, nümayişçilərin öz tələblərini Avstriya Daxili İşlər Nazirliyinə ünvanlaması təsadüfi deyil. Daxili İşlər naziri Leitnerin təlimatıyla ötən həftə miqrantlar üçün çadırlar qurulub və onlar təxminən 1000 sığınacaqda yerləşdirilib.

Samir


Müəllif:

Oxşar xəbərlər