Rumınyanın baş naziri Victor Ponta parlamentdə keçirilən etimad səs verməsindən asanlıqla yayına bilib.
İyunun 12-də keçirilən gizli səsvermədə 194 deputat ona etimadsızlıq göstərib, amma baş nazirin getməsi üçün azı 278 səs lazımdır.
Pontanın Sosial-Demokrat partiyası səsverməyə qatılmayıb.
Müxalifətdə olan deputatlar onu vergidən yayınmaqda və pulyuma əməliyyatı da daxil olmaqla korrupsiyada ittiham edirlər.
Ponta ittihamları rədd edir.
Parlament həmçinin iyunun 9-da onun toxunulmazlıq hüququndan məhrum edilməsi ilə bağlı prokurorların müraciətini rədd edib.
Ponta məsələnin siyasi motivli olduğunu deyir.