Florida ştatının milli parkında ailəsilə birlikdə gəzintiyə çıxan həvəskar fotoqrafçı timsahın belinə çıxmış yenotun şəklini çəkə bilib. Richard Jones deyir ki, timsahı çəkərkən çox güman ki, oğlunun ürkütdüyü yenot suyun üzündəki heyvanın belinə atılıb.
Bazar günü Okala qoruğunda çəkilmiş nadir səhnənin təsviri qısa bir müddət ərzində internet sensasiyaya çevrilib. “Şəkil timsahın suya dalmasından öncə onun belindəki yenotun düşüb qaçmasından bir an əvvəl çəklib”, cənab Jones yerli WFTV televiziya kanalına bildirib.
"Təfərrüatlara varmasan elə bir təəssürat yarana bilər ki, yenot çayın qarşı tərəfinə keçən yolüstü nəqliyyatla faydalanır”. Görüntü bir sıra zarafatlara təkan verib. "Timsahın belində gəzən yenot impoteka fırıldağından bəri Floridada baş verən ən əlamətdar hadisədir”, - 2007-ci ildəki maliyyə böhranına eyham vuran Vaşinqton nəşrinin müəllifi Benjamin Freed yazıb.
Bundan əvvəl bənzər reaksiyanı ağacdələn belində uçan mişovul görüntüsü doğurub.