ABŞ-ın Sierra Nevada Corporation (SNC) şirkəti Türkiyənin regional reaktiv təyyarələri istehsal etməsi üçün “TRjet” Aviasiya Texnologiyaları Anonim şirkətini yaradıb.
Baş ofisi Ankarada olacaq “TRjet” şirkəti əsasən regional təyyarə layihəsində iştirak etsə də o həmçinin, kommersiya aviasiya sektorunda da xidmət göstərəcək.
“TRjet” Türkiyədə ilk sərnişin təyyarəsinin istehsalında çox mühüm rol oynayacaq, Türkiyənin ilk sərnişin təyyarəsi olacaq TRJ628-in istehsalı Dornier 328 (D328) təyyarəsinin modernləşdirilmiş versiyası olan TRJ328-in bazasında hazırlanacaq.
Dünyanın 85 ölkəsində sertifikatlandırılmış TRJ328 modeli ABŞ, İsveçrə, Almaniya, Birləşmiş Krallıq və Danimarka kimi ölkələrdə hələ də istifadə edilir.