“Əgər bəzi ölkələr Rusiyanın təhlükəsizliyini təhdid edərsə, bizim ölkə də həmin dövlətlərə öz imkanlarını göstərmək məcburiyyətində qalacaq”.
Axar.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin söyləyib.
Onun sözlərinə görə, NATO Rusiyanın sərhədlərinə gəlir: “Hətta, NATO belə bizim ölkənin sərhədlərinə gəlir, biz heç yerə getmirik. Biz hər şeyi analiz edəcəyik. Lakin hələ ki bizi narahat edəcək bir şey görmürəm”.