18 İyun 2015 11:24
684
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çarlston şəhərində (Cənubi Karolina ştatı) Afrika metodist yepiskopal kilsəsində baş verən atışma nəticəsində 9 nəfər həlak olub. Ağdərili kişi kilsəyə girərək kilsəyə gələnlərə atəş açıb.

Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə Çarlston şəhərinin polis şefi Qreqori Mallen mətbuat konfransı zamanı jurnalistlərə deyib.

Məlumatda deyilir ki, kilsədə 8 nəfərin meyiti tapılıb. 2 nəfər xəstəxanaya yerləşdirilib. Daha sonra onlardan biri keçinib.

Şübhəli şəxsin 20 yaşlı, ağdərili kişi olduğu bildirilir. Şübhəli şəxslə yanaşı, atışma yerində bomba axtarışları davam edir.

Hadisə yerinin yaxınlığındakı bütün küçələr bağlanıb.

Polis hesab edir ki, Çarlstonda baş verən kütləvi qətl nifrət zəminində törədilib. Bunu Çarlston şəhərinin polis şefi Q.Mallen mətbuat konfransı zamanı bildirib.


Müəllif: