Rusiya prezidenti Vladimir Putin deyib ki, bəzi kütləvi informasiya vasitələri məmurları şantaj edirlər.
Məmurlar tərəfindən mətbuata vəsait ödənilməsinə qarşı mübarizə barədə sualı cavablandıran Putin diqqəti jurnalistlərin məmurlardan pul tələb etmələrinə çəkib. Əks təqdirdə bu jurnalistlər məmurları onlara qarşı tənqidi yazılar çap olunacağı ilə qorxudurlar.
“Ödənişlər ona görə olunur ki, tənqidi yazılar çap olunmasın. Yazı yazanlar isə şantaj edirlər. Axırıncılar arasında sizlərdən olanlar da var,” Putin Rusiya Federasiyasının İctimai Palatasının iclasında belə deyib: Bununla əlaqədar Putin həm media sahəsində, həmdə məmurların arasında baş verənlərə diqqət yetirməyi tövsiyə edib. “Bu sadə bir iş deyil, lakin dayanmadan aparılmalıdır”.