25 İyun 2015 20:42
895
12 Punto 14 Punto 16 Punto 18 Punto

İrəvanda elektrik enerjisinin bahalaşmasına qarşı etiraz aksiyası davam edir. Aksiyaçılar 3 gündür ki, gecəni şəhərin mərkəzi meydanında keçirirlər.

İyunun 25-ə keçən gecə də deputatlar, artistlər və ziyalılar aksiyaçılarla polis arasında canlı sədd qurublar. Dünən axşam meydanda bir neçə min adam olub.

Onlar bir daha bəyan ediblər ki, tariflərin qaldırılması ilə bağlı qərar dəyişdirilməsə aksiya davam edəcək. Hökumətin qərarına əsasən avqustun 1-dən ölkədə elektrik haqqı 16 faiz bahalaşır.

Məlumatlara görə prezident Serz Sarkisian iyunun 24-də güzəştə gedib və qərara yenidən baxılmasını göstəriş verib. Amma bu məlumat hələlik rəsmi mənbələr tərəfindən təsdiqlənməyib.

Başqa bir məlumata görə isə polis rəisi Vladimir Gasparyan aksiyanın güc yolu ilə dağıdılmayacağını vəd edib. Çərşənbə axşamı polis aksiyanı dağıtmaq üçün su şırnaqlarından istifadə eləmişdi.

Aksiya dağıdılsa da həmin gün axşamdan yenidən bərpa edilib.

Nihad


Müəllif:

Oxşar xəbərlər