“Google” şirkəti jurnalistlər üçün nəzərdə tutulan yeni “News Lab” xidmətini istifadəyə verib.
Yeni servisə nəşriyyatların “Google” resurslarından, o cümlədən xəritələrdən, “YouTube”, “Fusion Tables” və “Earth to Search” xidmətlərindən istifadə ilə bağlı tövsiyələr və video təlimatlar daxil ediləcək.
“Google News Lab” bölməsinin direktoru Stiv Qrouv bildirib ki, layihənin məqsədi jurnalistlər və sahibkarlarla əməkdaşlıq çərçivəsində xəbərlərin və informasiyanın hazırlanması üçün yeni proqramların və imkanların yaradılmasıdır. “Google”, həmçinin “TechRaking” proqramını istifadəyə verib. Şirkət Jurnalist Araşdırmaları Mərkəzi ilə birgə araşdırmalar aparacaq və yeni metodikalar hazırlayacaq.
S.Qrouv vurğulayıb ki, qlobal "News Lab” yeni təşəbbüsdür. Hazırda layihə üzrə ABŞ, Böyük Britaniya, Fransa və Almaniyadan olan mütəxəssislər qrupu işləyir.