26 İyun 2015 09:18
652
12 Punto 14 Punto 16 Punto 18 Punto

“ABŞ Fransa prezidenti Fransua Olland və digər yüksək çinli məmurları dinləməyib”.

Bunu ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, ABŞ-ın prezident Ollandı dinləmək kimi bir məqsədi olmayıb: “Biz prezident Olland kimi dostları hədəfə almarıq. Milli təhlükəsizliklə bağlı hansısa konkret səbəblər olmadan biz xarici kəşfiyyat fəaliyyəti ilə məşğul olmuruq”.

Xatırladaq ki, “WikiLeaks” saytında ABŞ Milli Təhlükəsizlik Agentliyinin Fransa rəhbərlərini, o cümlədən bu ölkənin son 3 prezidentini dinlədiyinə dair sənədlər dərc olunub.


Müəllif:

Oxşar xəbərlər