26 İyun 2015 21:18
656
12 Punto 14 Punto 16 Punto 18 Punto

Fransanın Bordo şəhərində terror aktı baş verib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, şəhərdə yerləşən zavoda edilən hücum zamanı 1 nəfərin başı kəsilib, bir neçə nəfər isə xəsarət alıb.

Frasan prezidenti Fransua Olland bu hadisəni terror aktı kimi qiymətləndirib.

Polisdən verilən məlumata görə, şübhəlilərdən biri həbs edilib. Hadisə yerinə baxış zamanı başı kəsilmiş və üzərində ərəb əlifbası ilə sözlər yazılmış cəsəd aşkar edilib. Onun yaxınlığında İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatının bayrağı da olub.

Faktla bağlı şəhər polis idarəsində araşdırmalar aparılır.

Qeyd edək ki, altı ay öncə Parisdə "Şarli Hebdo" jurnalının redaksiyasına edilən terror hücumu zamanı 17 nəfər öldürülüb.

Samir


Müəllif:

Oxşar xəbərlər