29 İyun 2015 12:12
1 866
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə ər odlu silahdan atəş açaraq keçmiş xanımını öldürüb.

Teleqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, 4 ay əvvəl boşanan ər yoldaşına tapançadan 13 dəfə atəş açıb.

Polisin məlumatına görə, Şahin B. ilə Selvi Pektaş təxminən 4 ay əvvəl boşanıb. Selvi hadisə baş verən gün əri ilə danışmaq üçün evinə gedib. Söhbət zamanı mübahisə baş verib. Nəticədə Şahin evdə olan tapançasını götürərək keçmiş xanımına 13 güllə vurub.

Silah səslərini eşidən qonşular polis və təcili yardımı çağırıb. Tibb işçilərinin müdaxiləsinə baxmayaraq, qadının həyatını xilas etmək mümkün olmayıb. Şahin B. həbs edilib.

Polis hadisə ilə bağlı istintaqa başlayıb.

Rüstəm


Müəllif: