29 İyun 2015 15:49
2 340
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreya lideri Kim Yonq In paytaxt Pxenyanda tikilən hava limanını bəyənməyib. Bu səbəbdən onun layihənin baş memarını öldürtdürdüyü iddia edilir.

Teleqraf.com-un xarici KİV-ə istinadən xəbərinə görə, beş yüksək rütbəli dövlət məmuru ilə birlikdə nəhəng dövlət layihələrinin baş memarı olan Ma Von Çun 2014-cü ilin noyabrında rüşvət alması və verilən əmrləri yerinə yetirməməsi səbəbindən edam edilib.

Ötən il ortadan qeyb olana qədər Milli Müdafiə Komissiyası Memarlıq Departamentinin direktoru olan Ma Von Çun ötən həftə Quzey Koreya Mərkəzi Xəbər Agentliyi tərəfindən yayılan və Kim Yonq In və həyat yoldaşının yeni hava limanını gəzərkən lentə alınan fotolarda görülməyib.

Ma Von Çunun edam edilməsi ilə bağlı iddianın Quzey Koreya Mərkəzi Xəbər Agentliyinin bu fotoqrafları yaydığı vaxt gündəmə gəlməsi də diqqətdən yayınmadı. Agentliyin xəbərinə görə,
terminalda qüsurlar ortaya çıxıb: "Memarlar hava limanının gözəllik anlayışını göz önündə canlandıra bilməyiblər".

Nihad


Müəllif:

Oxşar xəbərlər