Yunanıstan baş naziri Aleksis Tsipras iyulun 5-də ölkədə keçirilməsi nəzərdə tutulan referendumda lazımi nəticənin əlkdə edilməyəcəyi təqdirdə istefa verəcəyini açıqlayıb.
Teleqraf.com euronews.com-a istinadən xəbər verir ki, bu fikri Tsipras qatıldığı televiziya proqramında kreditorlarla aparılan prosesi qiymətləndirən zaman bildirib. Onun sözlərinə görə, yunan xalqı Yunanıstanın Avropa Birliyinə üzvlük məsələsinə “xeyir” fikrini üstün tutmalıdır.
O qeyd edib ki, əgər referendumda istədiyi nəticəni əldə etməzsə, istefa qərarı gündəmdə olacaq: “Yunanıstan xalqı referendumda “bəli” desə, ölkədə bəzi qadağalar tətbiq ediləcək. Bu qadağaları həyata keçirəcək hökumət biz olmayacayıq”.
Samir