Əfqanıstanın cənubundakı Helmand vilayətinin mərkəzi olan Laşkergah şəhərində polis idarəsinin qarşısında intihar hücumu baş verib.
Teleqraf.com “Sabah” qəzetinə istinadən xəbər verir ki, partlayış nəticəsində 1-i qadın olmaqla, 2 nəfər həyatını itirib, 51-i isə xəsarət alıb. Onlardan çoxlu polis əməkdaşıdır.
Hücumun “Taliban” terror təşkilatı tərəfindən törədildiyi bildirilib.
Samir