Bu gün Türkiyə Böyük Millət Məclisinin (parlament) yeni sədri seçilib.
Müdafiə naziri İsmət Yılmaz səs çoxluğu ilə parlamentin spikeri seçilib. Deputatlardan 258-i onun lehinə səs verib.
Qeyd edək ki, parlament sədrliyinə Ədalət və İnkişaf Partiyasından (AKP) İ.Yılmazın, Cümhuriyyət Xalq Pariyasından (CHP) Dəniz Baykalın, Milliyətçi Hərəkat Partiyasından (MHP) Ekmələddin İhsanoğlunun və Xalqların Demokrat Partiyasından (HDP) Dengir Mir Mehmet Fıratın namizədliyi irəli sürülmüşdü.
Xatırladaq ki, ötən gün ikinci turda heç bir namizəd zəruri sayda səs toplamadığından bu gün səsvermənin üçüncü və dördüncü turları keçirilib