2 İyul 2015 17:25
642
12 Punto 14 Punto 16 Punto 18 Punto

Böyük Britaniyanın yayım şirkəti BBC xərclərin azaldılması proqramı çərçivəsində ümumilikdə mindən çox iş yerini ixtisar edəcək. Trend-in RIA Novosti-yə istinadən verdiyi məlumata əsasən, bu barədə şirkətin rəhbəri Toni Holl deyib.

T.Holl kollektivlə görüşdə bildirib ki, ixtisarlar şirkətin üzləşdiyi maliyyə problemlərini həll etməyə kömək edəcək.

Onun sözlərinə görə, yeni ixtisarlar “menecmentin bütün təbəqələrini”, həmçinin şirkətin texniki və dəstək xidməti əməkdaşlarını əhatə edəcək. İxtisarlar eyni işi görən əməkdaşların fəaliyyətlərinin dayandırılmasına yönəlib və şirkətə 50 milyon funt-sterlinq gətirəcək. BBC rəhbərliyi həmçinin qeyd edib ki, bundan sonra da ixtisarlar olacaq.

Aparılacaq ixtisarların başlıca səbəbi Britaniyada televiziya siqnalının qəbuluna görə ödənişlərin 2016-cı ilə qədər dondurulmasının BBC büdcəsinə birbaşa təsir göstərməsidir. Şirkət 2017-ci ilədək 1,5 milyard funt-sterlinq məbləğində vəsaitə qənaət etməyi qarşısına məqsəd qoyub.

Qeyd edək ki, Böyük Britaniyada evlərində və ofislərində televizor olan hər bir fiziki və hüquqi şəxs televiziya lisenziyası əldə etməlidir. Fiziki şəxs üçün illik lisenziyanın qiyməti rəngli televizor sahibləri üçün 145,5 funt-sterlinq, ağ-qara televizor sahibləri üçün isə 49 funt sterlinq təşkil edir.

Xatırladaq ki, Böyük Britaniya və xaricdə 5 min olmaqla, hazırda BBC-nin ştatında 8 min jurnalist fəaliyyət göstərir.


Müəllif:

Oxşar xəbərlər