Suriya ordusu bir müddət davam edən hərbi əməliyyatlardan sonra mühasirəyə aldığı Zəbədəni şəhərinə daxil olub.
ANS TV-nin məlumatına görə, hökumətr ordusu ilə birgə “Hizbullah” silahlıları da şəhərin üsyançılardan təmizlənməsində iştirak edib.
Şəhərin alınması üçün hərəkat iki gün davam edib.
Zəbədəni şəhəri Dəməşqlə Livanın paytaxtı Beyrutu birləşdirən avtomagistral üzərində yerləşdiyi üçün strateji baxımdan vacib əhəmiyyət kəsb edir.
Suriyaya məhz bu xətt üzrə “Hizbullah”dan silah dəstəyi gəlirdi.