ABŞ-ın Nyu York şəhərində Çinə qarşı etiraz nümayişi təşkil edilib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Çinin Nyu Yorkdakı BMT daimi nümayəndəliyinin qarşısında toplanan Gənc Türklər Dərnəyinin üzvləri dünyanın diqqətini Çinin zülmünə məruz qalan uyğurlara cəlb etmək məqsədi ilə binanın qarşısına qara əklil qoyub.
Etiraz aksiyasına çox sayda qeyri-hökümət təşkilatları da dəstək verib. Nümayiş iştirakçıları Sincan Uyğur Muxtar bölgəsindəki uyğur türklərinə edilən zülmlərin dərhal sona çatmasını tələb ediblər.
Samir