Suriya prezidenti Bəşər Əsədə sadiq qüvvələrə məxsus vertolyot gecə namazı vaxtı Hələbdə yerləşən məscidlərdən birini bombalayıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hücum zamanı 15 dinc sakin həyatını itirib, 20 nəfər yaralanıb. Şahidlərin sözlərinə görə, məscid tamamilə dağıdılıb, yaxınlıqdakı yaşayış evlərinə ciddi ziyan dəyib.
Rəsmilər isə ölənlərin müxalif qüvvələrin əsgərlərinin olduğunu bildiriblər.
Samir