Meksikada Kolima vulkanının aktivliyi və püskürmə ehtimalı ilə əlaqədar 800-ə yaxın adam təxliyə olunub.
Publika.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb. Məlumata əsasən, Kolima şəhərinin hava limanı bağlanıb.
Qeyd edək ki, mütəxəssislər vulkanın qeyri-adi aktivliyini vurğulayırlar. Belə bir aktivlik 1913-cü ildə müşahidə olunub və vulkanın tarixində ən güclü püskürməyə gətirib çıxarıb.