ABŞ-ın Tennessi ştatında silahlı insident nəticəsində yaralanan 4 nəfər ölüb.
APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, hadisə Tennesi ştatının Çattanuqa şəhərində qeydə alınıb
Naməlum şəxs avtomobildən atəş açaraq ABŞ Hərbi-Dəniz Donanmasının 4 hərbi qulluqçusu və 1 polis əməkdaşını yaralamışdı.
Son məlumatlara əsasən, hərbçilərə hücum edən şəxs polis tərəfindən məhv edilib.
Hadisənin digər təfərrüatları barədə hələ ki, məlumat verilmir.