19 İyul 2015 15:36
737
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliyanın paytaxtı Romada yerli sakinlər məhəllələrində qaçqınların yerləşdirilməsinə qarşı çıxıblar.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, həddindən artıq sağçı qrupların da dəstək verdiyi məhəllə sakinlər ilə polis arasında münaqişə yaranıb. Polis nümayişçiləri dağıtmaq üçün dəyənəklərdən istifadə edib.

Xatırladaq ki, İtaliya Aralıq dənizi üzərindən gələn sıx qaçaq axınıyla baş-başa qalıb. Təkcə bu ilin ilk yarısında İtaliya sahillərinə 100 mindən çox qaçqın gəlib ki, bu da keçən ilin eyni dövrülə müqayisədə 68 faiz çoxdur.

Samir


Müəllif:

Oxşar xəbərlər