Fransa Mistral hərbi gəmilərinə görə Rusiyaya kompensasiya ödəməyə razılaşıb.
Prezident Putinin köməkçisinin sözlərinə görə, 2 hərbi gəmini Moskvaya satmaqdan imtina etdiyinə görə Fransa Rusiyaya kompensasiya ödəməyə razılaşıb.
Fransa Rusiyaya 2 Mistral hərbi gəmisinin satışından Ukraynanın şərqində hərbi münaqişə başlandıqdan sonra imtina edib.
Rusiya, Ukraynanın şərqində separataçı üsyançıları dəstəkləməkdə ittiham olunur. Mistral gəmilərinə dair müqavilənin dəyəri €1.2 milyard təşkil edir.
Rusiya bu gəmilərə görə Fransya €840 milyon həcmində ödənişinin bir qismini artıq köçürmüşdü.
Helikopter daşıyıcısı olan həmin gəmilərdən birincisi - Vladivostok adlı gəmi - Rusiyaya 2014-cü ilin noyabr ayında verilməli idi.
Prezident Putinin köməkçisi, Vladimir Kojinin qeyd etdiyinə görə, bu məsələyə dair Fransa ilə Rusiya arasında danışıqlar "yaxşı keçib". "Hər şey həll olunub, kompensasiyanın miqdarı və ödənilməsi cədvəli", Vladimir Kojin deyib.
Ukraynada 2014-cü ilin martından münaqişəli böhran başlanandan Rusiyaya qarşı Qərb sanksiyaları getdikcə sərtləşdirilir.