1 Avqust 2015 17:00
587
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moldovo polisi qaz və elektrik tariflərinin bahalaşmasına etiraz edən kütləyə qarşı güc tətbiq edib.

Teleqraf.com unian.net-ə istinadən xəbər verir ki, Kişinyovda Demokratlar Partiyasının vitse-prezidenti Vladimir Plaxotnyukun evi önünə yığışan etirazçılar burada çadır quraraq, "Azadlıq şəhərciyi" yaratmağa cəhd ediblər. Polis çadırları dağıdıb. Nümayişçilər isə burada şüarlar səsləndirməyə davam ediblər.

Moldova Sosialistlər Partiyasının sədri İqor Dodonanın fikrincə yaxın günlərdə etirazlar bütün ölkəni əhatə edəcək.

Qeyd edək ki, yeni qərara əsasən qaz və elektrik tarifləri 15 faiz bahalaşıb.

Samir


Müəllif:

Oxşar xəbərlər