28 May 2014 10:52
989
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyədə daha bir zəlzələ faktı qeydə alınıb.

Zəlzələ ölkənin Çanaqqala bölgəsində baş verib. Türkiyə Başnazirliyi Təcili Yardım Qurumundan verilən açıqlamada səhər saatlarında bölgənin Eceabat hissəsində 4,1 bal gücündə zəlzələnin baş verdiyi bildirilib.

14,9 kilometr dərinlikdə qeydə alınan zəlzələnin Çanaqqala başda olmaqla Gelibolu və Lapseki bölgələrinin ərazisində də zəif hiss olunduğu bildirilir.

Qeyd edək ki, bir neçə gün öncə Türkiyədə baş verən güclü zəlzələ nəticəsində 100-dən çox insan yaralanıb. Çanaqqalada 100-ə yaxın adam, Şarköydə 5, Tekirdağda 15, Edirnenin Keşan bölgəsində isə 4 nəfər yaralanıb. Ədirnədə inşaat meydançasında işləyən 1 nəfər işçi isə zəlzələ zamanı qaçarkən, başına kərpic düşməsi nəticəsində yaralanıb.

Fidan


Müəllif: