Rusiyanın keçmiş baş naziri Mixail Kasyanov Vladimir Putinin xarici siyasətini şərh edib. Teleqraf.com xəbər verir ki, M.Kasyanov hesab edir ki, Rusiyadakı iqtisadi və siyasi problemləri ört-basdır etmək üçün xarici siyasi kursda kəskin dəyişikliklər etmək vacib idi.
"Öz hökmranlığını göstərmək üçün Putinə müharibə lazım idi. Amma hazırda ona müharibə lazım deyil. Heç bir prezident istəməz ki, ölkəni iqtisadi problemlər və sanksiyalar qarşısında qoysun" deyən Kasnyovun fikrincə, yeni strategiya Putinə yerli əhalini nəzarətdə saxlamaq imkanı verir.
Bununla yanaşı keçmiş baş nazir hesab edir ki, Putin Rusiya iqtisadiyyatının təzyiqlərə davam gətirə bilməyəcəyini başa düşüb, əvvəl-axır Ukrayna ilə danışıqlara girəcək.
Samir