Türkiyənin baş naziri Əhməd Davudoğlunun sədrliyi ilə Ali Hərbi Şuranın iclası öz işinə başlayıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, avqustun 5-nə qədər davam edəcək toplantıya müdafiə naziri Vecdi Gönül, baş qərargah rəisi, ordu generalı Necdət Özel və yüksək səviyyəli ordu komandanları qatılıb.
Ali Hərbi Şurada Türk Silahlı Qüvvələrinin rəhbərliyi yenidən formalaşdıralacaq. Dörd illik vəzifə səlahiyyəti başa çatan Baş qərargah rəisi, ordu generalı Necdət Özal təqaüdə çıxacaq. Eyni zamanda Deniz və Hava qüvvələri komandanlarının və Jandarma baş komandanında səlahiyyət müddətləri sona çatdığı üçün yeni rəhbərlər seçiləcək.
Həmçinin şurada bir sıra general və admiralların vəzifə müddətlərinin uzadılması və təqaüdə çıxmaları və digər mövzular da şurada müzakirə olunacaq. Qəbul olunan qərarlar prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunduqdan sonra ictimaiyyətə açıqlanacaq.
Samir