Liviyanın keçmiş lideri Müəmmər Qəddafinin oğlu Sədi Qəddafinin saxlanıldığı həbsxanada döyülmə görüntüləri yayımlanıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, Tripoli həbsxanasında saxlanılan Sədi dindirilmə zamanı döyülüb. Mühafizəçi ilk olaraq, onun sifətinə daha sonra isə ayaqlarına zərbələr endirib.
Hazırda 42 yaşlı Sədinin döyülməsi ilə bağlı araşdırma aparılır.
Qeyd edək ki, Sədi Qəddafi bir il öncə Nigerdən Liviyaya ekstradisiya olunaraq, həbs edilib. Artıq məsələ ilə bağlı Liviya Baş Prokurorluğa araşdırmaya başlayıb. Bundan başqa “Human Rights Watch” təşkilatı da məsələ ilə bağlı Liviya hökumətinə qarşı sərt bəyanat yayıb.
Samir