Hindistan hökuməti yüzlərlə porno saytının bağlanmasına qərar verib.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, qərar ölkədə fikir azadlığına dair mübahisələrin yaranmasına səbəb olub.
Hindistan Kommunikasiya Nazirliyi 857 pornoqrafik saytın bağlamasına əmr verib. Bu qərarın həm də hökumətin internetdə uşaq pornoqrafiyası ilə mübarizəsindən doğduğu qeyd edilir
Müxalifət deputatlarından Milind Deora fərdi azadlığın hökumət tərəfindən boğulduğunu bildirib.
Hindistanda 2012-ci ildə Facebook və Twitter kimi sosial şəbəkələr və bu kimi 300-ə yaxın saytlara giriş qadağan edilmişdi.
Rüstəm