5 Avqust 2015 13:54
1 385
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ərəb Birliyinin baş katibi Nəbil əl Ərəbinin Şimali İraqda həyata keçirilən hava əməliyyatları səbəbiylə Türkiyə pislənməsindən sonra Qətər Ankaraya dəstəyini nümayiş etdirmək üçün Ərəb Birliyi ilə əlaqələri kəsib.

Teleqraf.com Türkiyə mediasına istinadən xəbər verir ki, Qətər 1971-ci ildən bu yana üzvü olduğu Ərəb Birliyinin deklerasiyasını qəbul etmədiyini açıqlayıb.

Qətər Xarici İşlər Nazirliyindən verilən açıqlamada deyilir: “Ərəb Birliyi üzv ölkələrlə müzakirə etmədən belə bir açıqlama verib. Qətər sərhədlərini qorumaq və təhlükəsizliyi təmin etmək məsələlərində Türkiyə Cümhuriyyəti ilə həmrəydir. Türkiyənin BMT ilə müqaviləsinin 51-ci maddəsinə əsasən təhlükənin gəldiyi yerdə sabitliyi qorumaq üçün addım atmaq hüququ var. Bu gün Suruçda baş verən hadisələr isə beynəlxalq sülhə təhlükə yaradır”.

Samir


Müəllif:

Oxşar xəbərlər