Fransa Rusiya ilə “Mistral” tipli döyüş gəmilərinin satışı müqaviləsində göstərilən məbləği təzminat olaraq ödəyib.
Teleqraf.com-un xarici mediaya istinadən verdiyi xəbərə görə, iki ölkə arasında 2011-ci ildə imzalanan sazişin şərtlərinin yerinə yetirilməsi ilə bağlı bir neçə aydır ki, davam edən danışıqlar müsbət yekunlaşıb.
Kremldən verilən açıqlamada Fransanın gəmilər üçün müqavilədə göstərilən məbləğin hamısını ödədiyi qeyd edilib.
Bəzi məlumatlara görə, Fransa təzminat olaraq, Rusiyaya 800 milyon avro ödəyib. Ancaq Rusiya buna görə rəsmi Parisdən 1,2 milyard avro tələb edib.
Qeyd edək ki, bağlanmış müqaviləyə əsasən, Fransa iki ədəd “Mistral” tipli döyüş gəmisini Rusiyaya verməli idi. Lakin Ukrayna böhranında səbəbindən gəmilərin Rusiyaya təhvilini təxirə salıb.
Samir