Fransa Rusiyaya satmaqdan imtina etdiyi "Mistral" tipli hərbi gəmilərinə "müştəri" tapıb.
Teleqraf.com lenta.ru-ya istinadən xəbər verir ki, bu gəmilərlə bağlı Misir və Səudiyyə Ərəbistanı Parisə rəsmi müraciət ünvanlayıb. Bu barədə Fransanın "Le Monde" nəşri xəbər yayıb.
Qəzetin məlumatına görə, Səudiyyə Ərəbistanı kralı Salman ibn Əbdüləziz əl-Səud Misirdə Qırmızı və Aralıq dənizlərində regional gücü təmsil edə biləcək layiqli donanması tikmək istəyir. Bunun üçün də kral dünyada olan və müdafiə xarakteri daşıyan hərbi təchizatı almaq niyyətindədir.
İddialarda bildirilir ki, məsələ ilə bağlı Fransa, Misir prezidentləri və Səudiyyə kralı artıq müzakirələr aparıb. Onlar Misirdə "Yeni Süveyş" kanalının açılış mərasimi çərçivəsində görüş təşkil ediblər.
Samir