29 May 2014 10:11
941
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Donetskdə anti-terror əməliyyatlarında iştirak edən Ukrayna ordusu Rusiyaya məxsus pilotsuz təyyarəni vurub.

Axar.az xəbər verir ki, bu barədə Anti-terror Əməliyyat Mərkəzinin mətbuat katibi Aleksey Dmitraşkovski məlumat verib.

Onun sözlərinə görə, pilotsuz təyyarə Ukrayna hərbçiləri tərəfindən yüksək texnologiyalı silahla vurulub: “Bu gün mayın 28-də anti-terror əməliyyatında iştirak edən Ukrayna ordusunun hərbçiləri yüksək texnologiyalı silahla pilotsuz təyyarəni vurublar”.

Ələ keçirilmiş aparat araşdırıldıqdan sonra onun Rusiyaya məxsus olduğu bildirilib.


Müəllif: