Ədalət və İnkişaf Partiyası (AKP) və müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) koalisiya hökumətinin yaradılması ilə bağlı razılığa gəlməyib.
Teleqraf.com xəbər verir ki, bu qərar Baş nazir Əhməd Davudoğlu və CHP lideri Kamal Kılıçdaroğlunun son görüşündən sonra qəbul edilib. Eyni zamanda qərara alınıb ki, görüşlər davam etdirilsin.
Bakı vaxtı ilə saat 16.00-da baş tutan görüş saat yarım çəkib. Bundan əvvəl isə koalisiya hökumətin qurulması üçün avqustun 10-da görüş keçirilmişdi. Dünən isə keçirilən görüşdə hökumətin qurulması ilə bağlı yekun qərarın qəbul ediləcəyi gözlənilirdi.
Türkiyə qanunvericiliyinə görə, koalisya hökumətinin qurulması müddəti avqustun 23-də başa çatır. Həmin tarixədək hökumət qurulmasa, o zaman növbədənkənar parlament seçkiləri keçiriləcək.
Görüşdən sonra Türkiyə mətbuat qeyd edib ki, Ankara Palas Dövlət Qonaqevində görüşdə CHP-dən verilən xəbərlərə görə, razılaşma baş tutmayıb. Məlumatlarda o da qqeyd edilib ki, CHP tərəfindən təklif edilən hökumətin 4 il ərzində birgə idarə edilməsi məsələsində razılıq əldə edilməyib. Əksinə, AKP müvəqqəti hökumətin qurulmasını təklif edib.
Görüşdən sonra həm AKP, həm CHP birbaşa öz partiyalarında təcili toplantı keçiriblər. AKP sədri Əhməd Davudoğlu keçirdiyi mətbuat konfransda koalisiya məsələsindən öncə Türkiyə Silahlı Qüvvələrinin və polislərin həyata keçirdiyi əməliyyatları dəstəklədiyini qeyd edib. Daha sonar o bildirib ki, 7 iyun seçkiləri ölkəmizin qarşısına yeni bir tablonu qoyub. Onun sözlərinə görə, millətə vəzifə verilməz, millət vəzifə verir: “Seçkilərdən sonar iki aya yaxındır ki, hökumətin qurulması üçün danışıqlar aparılıb. CHP ilə apardığımız görüşlərlə bağlı millətimizin bunu yaxşı başa düşməsi üçün müxtəlif məqamlara toxunacam. Millət vəzifə verir dedik. Millətə sən səhv etdin, bunu təkrar düşün deməzdən önce millətin verdiyi vəzifəni doğru başa düşmək üçün 7 iyundan sonra çox çətin bir dəyərləndirmə dövrü keçdik.
Prezident tərəfindən mənə hökuməti formalaşdırmaq imkanı verildi. 9 iyundan indiyədək səsləndirilən müxtəlif fikirlərə baxmayaraq, öz vəzifəmi lazımınca həyata keçirməyə çalışdım. 8 iyuldan sonra bir sıra partiyalar qapılarını AKP-nin üzünə bağlayarkən, biz bəyan etdik ki, bütün partiyalarla görüşəcəyik, vətəndaş cəmiyyəti institutları ilə əlaqələrimiz açıq olacaq. Sadəcə olaraq partiya liderləri ilə görüşmədim, cəmiyyətin müxtəlif qəbəqələri, QHT-ləri görüşlər keçirdim. Kılışdaroğlu, Baxçalı, və HDP-nin həmsədrləri ilə görüşlər keçirdim.
Onu qeyd edim ki, hansı partiya ilə koalisiya imkanı varsa, onu dəyərləndirib, görüşləri davam etdirəcəyik və bəlli nöqtəyə gəldikdən sonar da digər partiyalarla da görüşlərimiz davam edəcək. Misal üçün, CHP ilə görüşərkən, MHP və digər partiya, QHT və cəmiyyətin müxtəlif təbəqələri ilə görüşlərimiz davam edəcək. İndiyədək bu çərçivədə 3 partiya ilə görüşdük.
Kılıçdaroğlu ilə apardığımız görüşdə ortaq bir zəminin olub-olmaması ilə bağlı bir nəticəyə gələnədək görüşlərin başlanması ilə bağlı qərar qəbul etdik. Baxçalı belə bir imkanın olmadığını ifadə etdi.
Onsuz da HDP-nin həmsədrləri ilə görüşümüz bəll idi və onlarla hər hanı hökumət qurmağın mümkün oladığı ortada idi.
Kılıçdaroğlunun qeyd etdiyi məsələlərdə, uzun müddətli bir koalisiya məsələsində israrlı olduğu və eyni zamanda qısa vaxtda islahatlara getmək məsələsi bəlli oldu.
Bu dialoqların qarşılıqlı anlayışla aparılması, hökumət ortaqlığının gerçəkləşə biləcəyi yönündə zəmin olmadığı bir qənaətinə gəldik”.
Xatırladaq ki, parlament seçkiləri bu il iyunun 7-də keçirilib. Türkiyə Böyük Millət Məclisinə 25-ci çağırışda AKP 258, CXP 132, Milliyətçi Hərəkat Partiyası (MHP) 80, Xalqların Demokratik Partiyası (HDP) 80 millət vəkili ilə təmsil olunur.
BƏXTİYAR