Paraqvayda təcavüzə məruz qalan 11 yaşlı qız uşağı hamilə qalıb.
Teleqraf.com xarici mətbuata istinadən xəbər verir ki, ölkə qanunları aborta icazə vermədiyi üçün 11 yaşlı qız körpəni dünyaya gətirməli olub.
Azyaşlının anasının vəkili Elizabet Torales doğuşun paytaxt Asunsiondakı "Qızıl Xaç"a aid xəstəxanada olduğunu bildirib. O, "körpəyə hələ ki, ad qoyulmayıb" deyib.
Təcavüzə məruz qalan 11 yaşlı qız uşağına abort icazə verməyən Paraqvay hökuməti isə İnsan Haqları Təşkilatları tərəfindən sərt şəkildə tənqid edilir. Paraqvayda ananın həyatı təhlükə altında deyilsə, aborta icazə verilmir.
Qız uşağın 10 yaşında ögey atası tərəfindən təcavüzə məruz qaldığı və sonra hamilə qaldığı qeyd olunub.
Rüstəm