Koreya lideri Kim Çen In təbbi sərvətlər nazirinin müavini Çon Yonq Qounu edam etdirib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, onun meşəlik ərazidə güllələndiyi açıqlanıb. Qounun 8 aydır ki, itkin düşdü və Inın onu işindən razı qalmadığı üçün edam etdirdiyi iddia olunur.
Məsələ ilə bağlı Şimali Koreya rəsmiləri heç bir açıqlama verməyib.
Qeyd edək ki, In hakimiyyətə gələndən bu günə kimi 70 dövlət rəsmisini edam etdirib.
Samir