22 Avqust 2015 11:38
1 251
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şimali Koreyanın verdiyi müddət başa çatır

ABŞ və Cənubi Koreya rəsmi Pxenyanın addımlara cavab olaraq, yeni hərbi təlimlərə başlayıb.

Teleqraf.com ria.ru-ya istinadən xəbər verir ki, bununla bağlı ABŞ ordusunun qərargah rəisi Martin Dempsinin koreyalı həmkarı Tsoy Yu Xi ilə keçirdiyi görüşdə razılıq əldə edilib. Təlimlər Şimali Koreyanın təxribatlarına hazırlıq məqsədi ilə həyata keçirilir.

Bu arada, Şimali Koreyanın Cənubi Koreyaya reproduktorlardan yayımı dayandırmaq tələbi ilə verdiyi müddət bu gün başa çatır. Əgər verilən tələb yerinə yetirilməzsə Pxenyan bu qurğuları məhv edəcəyini açıqlayıb. Cənubi Koreya hökuməti isə bu addıma dərhal cavab veriləcəyini bəyan edib.

Samir


Müəllif:

Oxşar xəbərlər