Bakı - Tiflis - Ərzurum Qaz Boru Kəmərinin Türkiyənin Qars vilayətindən keçən hissəsində partlayış baş verib.
Teleqraf.com "Anadolu" agentliyinə istinadən xəbər verir ki, partlayış gecə saatlarında meydana gəlib. Hadisənin PKK terror təşkilatı döyüşçüləri tərəfindən törədildiyi açıqlanıb.
Partlayışdan sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirilib. Hazırda boru kəməri ilə qazın nəqli dayandırılıb.
Samir