26 Avqust 2015 01:35
776
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avstriya kansleri Verner Fayman avqustun 25-də Avropa İttifaqı çərçivəsində qaçqınları qəbul etmək üçün məcburi kvotalarla razılaşmayan Çexiya, Polşa və Baltik ölkələrini tənqid edən digər Avropa liderlərinə qoşulub. O, “Ö1” radiostansiyasının efirində bildirib ki, məcburi kvotalarsız Avropa İttifaqının xarici sərhədlərində vəziyyəti sabitləşdirmək mümkün olmayacaq. Avstriya kanslerinin fikrincə, qaçqınlar probleminin açarı Avropa Komissiyasında deyil, Mərkəzi və Şərqi Avropa ölkələrindədir.

Çexiyanın Baş naziri Boquslav Sobotka başqa fikirdədir. O hesab edir ki, miqrantların qəbul edilməsi üçün kvotalar vəziyyəti sabitləşdirməyə kömək etməyəcək. B.Sobotka “CTK” agentliyinə deyib: “Bunun yeganə həll yolu Suriya və Liviya müharibələrinin başa çatmasıdır. Avropa İttifaqı və bütün beynəlxalq birlik bu məsələdə təzyiq göstərməlidir”.


Müəllif:

Oxşar xəbərlər