Rusiya sayca 37-ci humanitar yardımı Ukraynanın şərqindəki Donbas bölgəsinə göndərib.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Fövqəladə Hallar Nazirliyi açıqlama verib. Yayılan məlumatlara görə, bu dəfəki yardıma dərs vəsaitləri, qida məhsulları və tibbi ləvazimatlar daxil edilib.
Rəsmilər yüz maşından ibarət karvanın Ukrayna sərhədini keçdiyini bildiriblər.
Samir