30 Avqust 2015 21:44
552
12 Punto 14 Punto 16 Punto 18 Punto

İranda iki nəfər ABŞ-ın və İsrailin xeyrinə casusluq etdiklərinə görə 10 il həbs cəzası alıblar. Bunu İran Ali Məhkəməsinin mətbuat katibi Qulam Hüseyn Mohseni-Ejehei mətbuat konfransında deyib.

Mohseni-Ejehei həbs olunanların adlarını çəkmir. Amma ehtimal var ki, onlardan biri "Washington Post"-un jurnalisti Ceyson Rezayandı.

İran KİV-ləri xəbər verirlər ki həbs olunanlar ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) məlumat ötürməkdə ittiham edilirlər.

Rezayan 2014-cü ildə, yoldaşı Yeganə Salehi ilə birgə həbs olunub.


Müəllif:

Oxşar xəbərlər