Venesuela həbsxanasında baş verən yanğın nəticəsində 16 nəfər həlak olub, 17 nəfər xəsarət alıb.
Trend bu barədə RIA Novosti-yə istinadən məlumat verir.
Yanğın səhər saatlarında ölkənin şimal ştatı Karaboboda yerləşən “Tocuyito” həbsxanasında baş verib.
İlkin məlumatlara əsasən, həlak olanların 8-i kişi, 8-i qadındır. Xəsarət alanların hamısı xəstəxanaya yerləşdirilib.
Hadisənin baş vermə səbəbləri araşdırılır.