2 Sentyabr 2015 08:38
706
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiyanın Rosneft şirkəti qlobal bazarlarda neftin ucuzlaşması ilə bağlı öz gəlirlərinin kəskin şəkildə aşağı düşdüyünü elan edib.

Aprel ayı ilə iyun arasında şirkətin əldə etdiyi sırf gəlirin həcmi 134 milyard ($2 mlrd) rubl təşkil edib. Bu 2014-cü ilin eyni dövrü ilə müqayisədə 22 faiz aşağıdır.

Hərçənd ki, bu rəqəmlər təhlilçilərin əvvəl verdiyi proqnozdan daha yaxşıdır. Ötən ilin ikinci rübündə neftin bir barelinin qiyməti 100 dollar civarında olub. Bu il isə qiymətlər aşağı düşərək 55-65 dollara çatıb.

Neftlə yanaşı Rusiya valyutası da dəyərini itirməkdədir. Bu deməkdir ki, rublda hesablanan neftin qiyməti artıb.

Dünya bazarlarında neft qiymətlərinin düşməsinə rəğmən Rosneft istehsalı həmişəki səviyyədə saxlayıb.
Şirkətin illik hasilatı orta hesabla gündə 5.2 milyon barelə yaxın olub.


Müəllif: