1 Sentyabr 2015 19:20
975
12 Punto 14 Punto 16 Punto 18 Punto

Venesuela həbsxanalarından birində baş verən yanğın ən azı 16 məhkumun ölümünə, 17 nəfərin isə xəsarət almasına səbəb olub.

Publika.az xarici mətbuata istinadən xəbər verir ki, yanğın bazar ertəsi səhər saatlarında ölkənin şimalında yerləşən “Tocuyito” həbsxanasında baş verib.

Verilən məlumata görə, həlak olanların 8-i qadın, 8-i kişidir. Yanğın nəticəsində xəsarət alan 17 nəfər dərhal Valensiya şəhər xəstəxanasına çatdırılıb.

Hadisənin baş vermə səbəbləri məlum deyil.


Müəllif:

Oxşar xəbərlər