Türkiyənin Muğla bölgəsinin Bodrum rayonunda miqrantları daşıyan qayıq batıb.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, ilkin hesablamalara görə, hadisə zamanı 10 nəfər həyatını itirib. Bölgədə Sahil Təhlükəsizlik Xidmətinin əməkdaşları xilasetmə işlərini davam etdirir.
Rəsmi məlumatlarda qayığın yunan adalarına doğru hərəkət etdiyi bildirilib. Qayığın hansı səbəbdən batdığı məlum deyil.
Samir