6 Sentyabr 2015 12:28
469
12 Punto 14 Punto 16 Punto 18 Punto

PKK terror təşkilat döyüşçüləri Diyarbəkirin mərkəzi Sur rayonunda polis maşınına hücum edib.

Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, hücum zamanı 2 polis əməkdaşı həyatını itirib, 3-ü isə yaralanıb.

Rəsmi məlumatlara görə, hücum minaatanlar vasitəsi ilə həyata keçirilib. Bölgədə terrorçulara qarşı xüsusi əməliyyat başlayıb.

Samir


Müəllif: