9 Sentyabr 2015 08:52
717
12 Punto 14 Punto 16 Punto 18 Punto

Rusiya Bolqarıstanı Rusiya təyyarələrinə hava məkanı verilməməsinə aydınlıq gətirməyə çağırıb.

Xarici işlər nazirinin müavini Mikhail Bogdanov sentyabrın 8-də bildirib ki, əgər Sofiyanın bu uçuşlar və ya Bolqarıstanın hava məkanından istifadəylə bağlı müəyyən şübhələri varsa Rusiyaya müraciət edə bilərlər.

Bolqarıstanın xarici işlər nazirliyi sentyabrın 8-də Suriyaya yük daşıyan Rusiya təyyarələrinə hava məkanı verilməyəcəyini bəyan edib.

BolqarıstanNATO-nun üzvü və bu yaxınlarda NATO-nun yeni komandan mərkəzləri açılan 6 ölkədən biridir.

Həmçinin Yunanıstan sentyabrın 7-də bəyan edib ki, Rusiya təyyarələrinin ölkənin hava məkanından istifadəsinə qadağa qoyulması ilə bağlı ABŞ-ın sorğusuna baxır.


Müəllif:

Oxşar xəbərlər